Sizin reklam burada
Sizin reklam burada
  • 43 yaşlı kişi faciəli şəkildə həlak oldu

    Atributinfo.az xəbər verir ki, Ordubadda 43 yaşlı kişi faciəli şəkildə ölüb.
    Bu barədə Baş Prokurorluq məlumat yayıb.
    Bildirilib ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib:
    "Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
    Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ