Atributinfo.az xəbər verir ki, Ağsu şəhərində ümumi sahəsi 48 m² olan ikimərtəbəli obyektin (fotostudiya kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.