Sizin reklam burada
Sizin reklam burada
  • Ucarda 42 yaşlı qadın öldürülüb - Oğlu könüllü təslim olub

    Ucarda 42 yaşlı qadın öldürülüb - Oğlu könüllü təslim olub Atributinfo.az xəbər verir ki, Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
    Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
    İlkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
    Fakta görə Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ