Atributinfo.az xəbər verir ki, Gəncə şəhərində “Ford" markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda olan "Mercedes" markalı mikroavtobusun salon hissəsi qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.