Mingəçevirdə ticarət mərkəzinin ərazisində yanğın olub
Hadisə
14-07-2023, 11:16
195
Atributinfo.az xəbər verir ki, Mingəçevir şəhərində ticarət mərkəzinin ərazisində ümumi sahəsi 15 m² olan tikilinin (parça satışı mağazası kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, tikilinin qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.