Sizin reklam burada
Sizin reklam burada
  • Şəkidə 5 avtomobil toqquşub, bir nəfər yaralanıb

    Şəkidə 5 avtomobil toqquşub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşviq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
    Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ