Sizin reklam burada
Sizin reklam burada

Gəncədə ər arvadını öldürməyə cəhd etdi

Gəncədə ər arvadını öldürməyə cəhd edib.
Gəncə Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində baş verib. 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ