Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda yeznəsini bıçaqlayan 12 uşaq atasına hökm oxundu

    Bakıda yeznəsini bıçaqlayan 12 uşaq atasına hökm oxundu Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Cəfərov Fərrux Məmmədağa oğlunun məhkəməsi başa çatıb.
    Hakim İlham Mahmudovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə F.Cəfərov 1 il azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
    Lerik rayon sakini, Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı onu bıçaqlayıb.
    Ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilib. Fərrux Cəfərovun 12 övladı var.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ