Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda DƏHŞƏTLİ QƏTL: dostunu öldürdü...

    Bakıda DƏHŞƏTLİ QƏTL: dostunu öldürdü... Dünən saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
    Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı, 38 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    Hazırda cinayət işi üzrə istintaq davam edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ