Sizin reklam burada
Sizin reklam burada
  • İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir

    Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb. Daha 3 nəfərin axtarışları davam edir.

    Məlumata görə, hadisə bu gün saat 05:40 radələrində baş verib.

    Axtarış-xilasetmə işləri zamanı indiyədək 3-ü uşaq olmaqla, 8 nəfər xilas edilib.

    Dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.

    Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12 mənzildən isə yaşayış məqsədilə istifadə olunur. Binada ümumilikdə 33 nəfər yaşayır. Çökmədən təsirlənməyən mənzillərdə yaşayan sakinlər hadisədən sonra təxliyə ediliblər.

    Binanın çökmə baş verən hissəsindəki 4 mənzildə yaşayan 14 nəfərdən 8-i xilas edilib, 6 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ