![]()
Husilər Səudiyyə Ərəbistanındakı hədəflərə bir sıra zərbələr endiriblər.
Hərəkatın hərbi rəhbərliyinin bəyanatında Yəmən husilərinin Səudiyyə Ərəbistanına qarşı bir sıra hücumlar həyata keçirdikləri bildirilir.
Qeyd olunur ki, Ər-Riyadda "həssas obyektlərə", Yanbu şəhərində isə Səudiyyə Ərəbistanının neft şirkəti olan "Saudi Aramco"nun obyektlərinə zərbələr endirilib.
Husilər iddia edir ki, hər iki əməliyyat uğurlu olub. Hücum zamanı çox sayda ballistik və qanadlı raket və drondan istifadə edildiyi də qeyd olunub.
Bəyanatda bildirilir ki, husilər Yəmənə qarşı blokada qaldırılana qədər Səudiyyə ordusuna hücumları dayandırmayacaqlar.
