
İsveçrənin Alp dağlarında 1992-ci ildə itkin düşən iki alpinistin qalıqları tapılıb.
Bu barədə “CBS News” yerli polisə istinadən bildirib.
Qalıqlar iyulun 26-da ölkənin cənub hissəsində, İtaliya sərhədi yaxınlığındakı Trift buzlağında tapılıb. Sümüklərin 1992-ci ildə Vaysmies ərazisində itkin düşmüş iki belçikalı alpinistə məxsus olduğu təsdiqlənib.
Polis bildirib ki, dağlarda onilliklər əvvəl itkin düşən insanların qalıqları buzlaqların əriməsi nəticəsində üzə çıxıb.
