Sizin reklam burada
Sizin reklam burada
  • Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

    Rusiya mediasının verdiyi məlumata görə, Nijnekamsk şəhərinə edilən kütləvi dron hücumunda 10 nəfər ölüb, 15 yaralı var.

    Şəhərdəki sənaye və mülki obyektlər də dron hücumuna məruz qalıb. Tatarıstan Prezidenti Rüstəm Minnixanov insan tələfatı ilə əlaqədar matəm elan edib.

    “Bu səhər respublika düşmən dronlarının daha bir vəhşi hücumuna məruz qalıb. Nijnekamsk şəhərinə kütləvi hava hücumu davam edir. Hücum həm sənaye, həm də mülki obyektləri hədəf alır. Təəssüf ki, itkilər var”, - deyə Tatarıstan Prezidentinin mətbuat xidməti açıqlamasında bildirib.

    Bundan əlavə, dünən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində sabit qanadlı 456 dronu ələ keçirib və məhv edib.

    Voronej vilayətində vurulan dronların qalıqları yaşayış binaları və digər obyektlərə zərər verib. Rayonların birində yardımçı binada yanğın baş verib, həmçinin iki fərdi evdə pəncərələr sınıb, istilik boruları və hasarlar zədələnib.

    Vilayətin bir bələdiyyəsində doqquz fərdi evin pəncərələri zədələnib və onlardan ikisində qaz borularının təmiri tələb olunur. Üç avtomobil və bir traktor da yararsız vəziyyətə düşüb. Başqa bir rayonda yaşayış binasının iki mərtəbəsində pəncərələr sınıb. Voronej vilayətində xəsarət alanlar barədə məlumat yoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ