Sizin reklam burada
Sizin reklam burada
  • Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana qarşı olan müharibəyə qoşulmayacaq

    Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana müharibəyə qoşulmayacaqlarını elan edib.

    Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai deyib.

    Onun sözlərinə görə, Omanda davam edən müzakirələrin Hörmüz boğazından keçən və nə şimal, nə də cənub marşrutu olan bir tranzit marşrutunu əhatə etdiyini bildirib.

    “Hörmüz boğazının açılması Omanda apardığımız danışıqlardan ayrı bir məsələdir, çünki boğazın bağlanması ABŞ-nin öz öhdəliklərini pozmasına görə baş verib”, — deyə Baqai qeyd edib.

    Baqai həmçinin əlavə edib ki, son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan zənglər daxil olub və onlar İrana qarşı müharibənin tərkib hissəsi olmayacaqlarını bəyan ediblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ