Sizin reklam burada
Sizin reklam burada
  • İran mümkün ABŞ-İsrail hücumlarına cavab planı hazırladığını bildirib

    İran ABŞ və İsrailin ölkənin enerji infrastrukturuna mümkün zərbələrinə qarşı hərtərəfli cavab planı hazırladığını bəyan edib.

    Bu barədə “Tasnim” agentliyi yüksəkvəzifəli iranlı rəsmiyə istinadla məlumat yayıb.

    Rəsmi şəxs ABŞ mediasında yayılan mümkün hücum planları barədə məlumatları tənqid edərək, Tehranın cavab tədbirləri görməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, cavab planı İsrailin mühüm infrastrukturu və ABŞ-nin regiondakı enerji obyektlərini əhatə edir.

    Bu bəyanat ABŞ mediasında Vaşinqton və İsrailin İranın enerji infrastrukturuna mümkün zərbələr planlaşdırdığı barədə xəbərlərdən sonra səsləndirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ