Sizin reklam burada
Sizin reklam burada
  • Yaponiyanın şimalında güclü zəlzələ baş verib

    Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

    Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

    Son günlər Yaponiyada zəlzələ ocaqları xeyli aktivləşib. İyulun 28-də seysmoloqlar Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Qısa müddət sonra isə adada 6,1 bal gücündə daha bir zəlzələ baş verib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ