Sizin reklam burada
Sizin reklam burada
  • Yeni Zelandiyada quş qripinə yoluxmanın ikinci halı təsdiqlənib

    Yeni Zelandiyada vəhşi quşlarda H5 quş qripinə yoluxmanın ikinci halı təsdiqlənib.

    Virus Şimal adasındakı Vayrarapa bölgəsində aşkar edilən kahu quşunda müəyyən olunub. Bundan əvvəl isə paytaxt Vellinqton yaxınlığındakı Peton çimərliyində qəhvəyi skua quşunda yoluxma qeydə alınıb.

    Ölkənin biotəhlükəsizlik və qida təhlükəsizliyi naziri Endryu Hoqqard bildirib ki, hakimiyyət orqanları nəzarət tədbirlərini gücləndirəcək, əlavə yoxlamalar aparacaq və quşçuluq təsərrüfatlarına dəstək göstərəcək.

    Nazir qeyd edib ki, quş əti və yumurta təhlükəsiz olaraq qalır, H5 quş qripi isə insanlar üçün çox aşağı risk təşkil edir. Əhaliyə xəstə və ya ölü vəhşi quşlara toxunmamaq tövsiyə olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ