Sizin reklam burada
Sizin reklam burada
  • Astanada beynəlxalq qastronomiya festivalı - “BaiQymyz-2026”

    Astananın “Qazanat” ippodromunda keçirilən “BaiQymyz-2026” beynəlxalq qastronomiya festivalının ilk günündə təxminən 40 min insan iştirak edib.

    İrimiqyaslı bayramın qonaqları arasında çoxsaylı xarici turistlər də olub.

    İstehsalçılar tədbir iştirakçıları üçün xüsusi olaraq 200 min litr qımız və 1 ton şubat (dəvə südü) gətiriblər. Festival qonaqları Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasından (Yakutiya) olan 60-dan çox istehsalçının məhsullarını dadmaq, həmçinin milli təamların hazırlanması üzrə ustad dərsləri və xalq sənətkarlığı sərgiləri ilə tanış olmaq imkanı əldə ediblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ