Sizin reklam burada
Sizin reklam burada
  • CNN: Peyk görüntüləri İrandakı nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir

    Peyk görüntüləri İranda ABŞ zərbələri nəticəsində zədələnmiş bəzi nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir.

    Bu barədə CNN telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb.

    Məlumata görə, son həftələr ərzində bir neçə ərazidə bərpa işlərinin aparıldığına işarə edən əlamətlər müşahidə olunub. Bildirilir ki, iyun və iyul aylarında Parçin hərbi obyektində ABŞ-nin beton deşən bombaları nəticəsində zədələnmiş müdafiə qurğularının təmiri istiqamətində işlər görülmüş ola bilər.

    Telekanal qeyd edir ki, bu ilin əvvəlində ABŞ ilə əldə olunmuş memorandum çərçivəsində İranın Vaşinqtonla sonrakı danışıqlar dövründə nüvə proqramı ilə əlaqəli obyektlərdə təmir işlərini dayandırması nəzərdə tutulurdu.

    Məlumatda qeyd olunan iddialarla bağlı İran rəsmilərinin mövqeyi açıqlanmayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ