Tədbir milli mədəniyyətin, ənənələrin və qazax mətbəxinin təbliğinə, həmçinin kreativ sənaye və turizmin inkişafına yönəlib.
Festivalın əsas hadisəsi rekord həcmdə – 56 ton qımızın təqdimatı olacaq ki, bu göstəricinin də rəsmi olaraq Qazaxıstanın Rekordlar Kitabına daxil edilməsi planlaşdırılır. Ən yaxşı istehsalçı adı uğrunda Qazaxıstanın müxtəlif bölgələrindən 59 usta mübarizə aparır.
İkigünlük festivalın proqramına xalq sənətkarlığı sərgiləri, kökpar, polo və atüstü kviddiç elementlərinin yer aldığı beynəlxalq atüstü idman şousu, uşaq radiosu, həmçinin azyaşlı qonaqlar üçün geniş etnomeydança daxildir.
Hər günün sonunda ziyarətçilər üçün tanınmış qazaxıstanlı ifaçıların və etnofolklor kollektivlərinin iştirakı ilə böyük qala-konsert təşkil olunacaq.
“BaiQymyz-2026” Qazaxıstanın qastronomiya, milli mədəniyyət, atüstü idman və müasir kreativ sənayesini özündə birləşdirən ən böyük turizm layihələrindən biridir.
