Bu barədə “Bloomberg” agentliyi ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner Dohada regional liderlərlə müsbət müzakirələr aparıblar.
Bildirilir ki, İranla bağlı texniki danışıqlar hazırda davam etdirilir.
Qətər Xarici İşlər Nazirliyi daha əvvəl açıqlayıb ki, ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Vitkoff və Kuşnerlə ABŞ–İran arasında hərbi əməliyyatların dayandırılması barədə memorandum çərçivəsində aparılan danışıqları müzakirə edib.
Görüşlər zamanı, həmçinin Yaxın Şərqdə vəziyyət, o cümlədən Livanda atəşkəs məsələsi də gündəmdə olub.
