Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədə “Anadolu Kartalı-2026” təlim proqramına yenidən baxıldığı bildirilib

    Türkiyənin Milli Müdafiə Nazirliyi 2026-cı il iyunun 22-dən iyulun 3-dək keçirilməsi planlaşdırılan Anadolu Kartalı-2026 beynəlxalq hərbi təliminin proqramına dəyişikliklər edildiyini açıqlayıb.

    Qərar son geosiyasi proseslər və iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti nəzərə alınmaqla qəbul edilib.

    “Əvvəlcədən müəyyənləşdirilmiş tarixlərdə keçirilən təlimlər Türkiyə, Azərbaycan və Misir hərbi qulluqçularının iştirakı ilə 3'lü Kartal Tatbikatı («Üçtərəfli Qartal Təlimi») adı altında davam etdirilir. Təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 və Misir Hərbi Hava Qüvvələrinə məxsus beş F-16 təyyarəsi cəlb olunub”, – deyə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ