Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

    ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər.

    Bu barədə Vitse-prezident Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən danışıb.

    “Bu, mümkündür və blokadaya qayıdış demək ola bilər. Bu, bir çox variantları ehtiva edə bilər”, – deyə Vens bildirib.

    Vitse-prezident qeyd edib ki, ABŞ bu məsələdə atılacaq addımları özü müəyyən edəcək.

    “Bütün seçimlər bizim ixtiyarımızdadır. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı tədbirlərin görüləcəyinə biz qərar verəcəyik”, – deyə o vurğulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ