Bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ kəşfiyyat qurumlarının topladığı məlumatlar Tehranın yekun razılaşma çərçivəsində nəzərdə tutulan öhdəlikləri icra etməyə hazır olması ilə bağlı ciddi şübhələr yaradır.
Bildirilir ki, memorandumun təsdiqindən əvvəl keçirilən müzakirələrdə Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset sənədlə bağlı narahatlıqlarını ifadə ediblər. Vitse-prezident Cey. Di. Vens, eləcə də Prezidentin nümayəndələri Stiv Vitkoff və Cared Kuşner isə memorandumun qəbulunu dəstəkləyiblər.
