Türkiyə liderinin sosial şəbəkələrdəki paylaşımında ABŞ-İran sazişinin Türkiyənin yerləşdiyi regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə dair səmimi ümid ifadə olunub.
Dövlət başçısı sazişin bilavasitə imzalanmasından əvvəlki dövrdə bütün tərəfləri gərginliyin artmasına səbəb ola biləcək ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb. “Mümkün təxribatlara qarşı ayıq-sayıq olmaq vacibdir”, – deyə paylaşımda bildirilir.
Ərdoğan danışıqların nəticə verməsinin təmin edilməsi istiqamətində göstərdiyi müstəsna vasitəçilik səylərinə görə Pakistana, həmçinin diplomatik təşəbbüslərə verdikləri dəstəyə görə Qətərə və Səudiyyə Ərəbistanına təşəkkür edib.
“Türkiyə bundan sonra da regionda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək, diplomatiyaya və beynəlxalq hüquqa əsaslanan uzunmüddətli həll yollarına töhfə verməyə davam edəcək”, - deyə siyasətçi əmin edib.
