Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

    Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

    Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

    PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ