Nazir bu barədə X sosial şəbəkəsində paylaşımında bildirib. Qeyd edib ki, sənəd Qrenlandiyanın nümayəndəsi Mute Bourup Egedenin iştirakı ilə imzalanıb. Forissyenin sözlərinə görə, bu sənəd Avropanın enerji və sənaye gələcəyi üçün strateji tərəfdaşlıq xarakteri daşıyır.
Qrenlandiyaya səfəri çərçivəsində Nikola Forissye bu ölkənin Baş naziri Yens-Frederik Nielsen ilə də görüşüb. Görüş zamanı iqtisadi inkişaf, elmi araşdırmalar və Avropa əməkdaşlığı məsələləri müzakirə olunub.
Nazirin sözlərinə görə, tərəflər Fransa ilə Qrenlandiya arasında xüsusilə sənaye və elmi sahələrdə ortaq perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
