Araşdırma Hadera elektrik stansiyası yaxınlığında toplaşan 27 köpəkbalığının qan nümunələri əsasında aparılıb. Tədqiqatın rəhbəri doktor Denni Morik bildirib ki, analizlər zamanı nümunələrdə arsen, civə və qurğuşun kimi ağır metallar müəyyən edilib. Onun sözlərinə görə, köpəkbalıqları uzunömürlü və qida zəncirinin yuxarı hissəsində yerləşdiyi üçün dənizdəki çirklənmənin bioindikatoru hesab olunur.
Araşdırma zamanı, həmçinin günəş panelləri, batareyalar və LED texnologiyalarında istifadə olunan nadir torpaq elementləri də aşkarlanıb. Alimlər bu maddələrin dəniz ekosisteminə təsirinin hələ tam öyrənilmədiyini bildiriblər.
