Sizin reklam burada
Sizin reklam burada
  • Tramp: İranın zənginləşdirilmiş uran ehtiyatları istifadəyə yararsızdır

    ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının artıq böyük dəyərə malik olmadığını və çox güman ki, istifadəyə yararsız hala düşdüyünü bildirib.

    O, bu fikirləri “Salem News” telekanalına müsahibəsində səsləndirib.

    Trampın sözlərinə görə, sözügedən ehtiyatlar “xüsusilə dəyərli deyil və ehtimal ki, istifadə oluna bilməz”.

    Eyni zamanda, o qeyd edib ki, ABŞ bu nüvə yanacağı ehtiyatlarını əldə etməkdə maraqlıdır. Tramp əlavə edib ki, Tehran raket proqramına da məhdudiyyətlər qoymalıdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ