Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda Milli Birlik Günü çərçivəsində beş mindən çox tədbir keçirilir

    Qazaxıstan 1 May - Milli Birlik Gününü - sosial harmoniya, qarşılıqlı hörmət və xalqın həmrəyliyi bayramını qeyd edir.

    Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər veririk ki, ölkədə 100-dən çox etnik qrupun nümayəndələri sülh və qarşılıqlı anlaşma mühitində yaşayır, 1000-dən çox aktiv etnik-mədəni birlik və 4000-dən çox ictimai təşkilat fəaliyyət göstərir.

    Etnik qrupların dillərini, mədəniyyətlərini və adət-ənənələrini qorumaq və inkişaf etdirmək üçün 36 Dostluq Evi yaradılıb.

    Bayram çərçivəsində ölkə daxilində beş mindən çox sosial əhəmiyyətli tədbir keçirilir. Dostluq Evlərində “Dostıq Mekeni” festivalları və vətənpərvərlik fləş-mobları, təhsil müəssisələrində “Birlik dərsləri” keçirilir, universitet və kolleclərdə isə “Birlik köpür” adlı tələbə estafet yarışı başlayıb.

    Xeyriyyə və ekoloji təşəbbüslər də həyata keçirilir. “Təzə Qazaxıstan” kampaniyası çərçivəsində etnik-mədəni birliklər 3 mindən çox ağac əkib və 40 tondan artıq məişət tullantısını təmizləyib.

    Bundan əlavə, “Kayırımdılıq Kerueni” kampaniyası çərçivəsində ölkə üzrə 700-dən çox xeyriyyə layihəsi həyata keçirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ