Sizin reklam burada
Sizin reklam burada
  • Birləşmiş Ştatların sutkalıq neft hasilatı azalıb

    ABŞ-nin gündəlik xam neft istehsalı azalıb.

    ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verilir ki, ötən hesabat həstəsində Birləşmiş Ştatların neft hasilatı 11 min barel azalaraq sutkada orta hesabla 13 milyon 585 min barel olub.

    Ötən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 787 min barel artaraq sutkalıq 6 milyon 78 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 427 min barel azalaraq gündəlik 4 milyon 798 min barel təşkil edib.

    EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ