CTK agentliyi bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadla məlumat yayıb.
Məlumata görə, xam neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan etibarən daxil olmağa başlayıb.
Xatırladaq ki, Ukrayna yanvarın 27-də “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırıb. Nəticədə Slovakiyanın Baş naziri Robert Fitso boru kəməri bərpa olunanadək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağını bildirib.
