Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda 300 kq marixuana müsadirə edilib

    Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.

    POLISIA.KZ-ə istinadən verilən xəbərə görə, Jezkazgan - Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.

    Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artıq olan 13 paket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.

    Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ