Sizin reklam burada
Sizin reklam burada
  • Media: Səudiyyə Ərəbistanı husilərin münaqişəyə qoşulmasının qarşısını almağa çalışır

    Səudiyyə Ərəbistanı Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının Yaxın Şərqdəki münaqişəyə qoşulmasının qarşısını almağa çalışır.

    Bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

    Məlumata görə, Ər-Riyad husiləri hərbi əməliyyatlarda iştirakdan çəkindirmək üçün diplomatik vasitələrdən istifadə edir. Eyni zamanda, ABŞ və İsrail də hərəkatın münaqişəyə cəlb olunmasına səbəb ola biləcək təxribatların qarşısını almağa çalışır.

    Qeyd edək ki, husilərin Siyasi Büro üzvü Məhəmməd əl-Buheiti martın 14-də hərəkatın İranla tam koordinasiyada olduğunu və mümkün hərbi dəstəklə bağlı qərarın uyğun vaxtda açıqlanacağını bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ