Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müəllimlərin iştirakı ilə keçirilən iftar zamanı bildirib.
O, müəllimləri son onilliklərdə Türkiyənin uğurlarının “lokomotivi” adlandırıb.
“Millətin böyüklüyü təkcə tarixi qələbələrlə deyil, həm də kifayət qədər savadlı və yaxşı hazırlanmış kadrların olması ilə müəyyən olunur. Buna yalnız dövrün tələblərinə cavab verən təhsil sisteminə xüsusi diqqət yetirməklə nail olmaq mümkündür”, – deyə dövlət başçısı bildirib.
Bununla yanaşı, Türkiyə Prezidenti təhsil sistemi əməkdaşlarına qarşı hörmətsizlik və zorakılıq hallarının yolverilməz olduğunu qeyd edib: “Zorakılıq hallarına qarşı heç bir halda səbr etmək olmaz”.
