Bu barədə Livan Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, iki həftə əvvəl İsrail ilə “Hizbullah” arasında başlayan hərbi qarşıdurma ərzində Livanda azı 886 nəfər həyatını itirib. Ölənlər arasında 111 uşaq və 38 tibb işçisi də var.
Nazirliyin məlumatına görə, hava zərbələri nəticəsində yaralananların sayı isə 2 141 nəfərə yüksəlib.
