Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin vitse-prezidenti: TDT çərçivəsində birgə fəaliyyət və dövlətlərarası koordinasiyanın gücləndirilməsi vacibdir

    Türk dünyasının üzləşdiyi regional və qlobal proseslər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət və dövlətlərarası koordinasiyanın gücləndirilməsi vacibdir.

    Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşündə bildirib.

    C.Yılmaz tezliklə Azərbaycanda keçiriləcək TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin ikinci görüşündə gözlənilən iştirakından məmnunluğunu ifadə edib. “Gələn ay Bakıda keçiriləcək görüşdə iştirak etməkdən səmimi-qəlbdən məmnunam. Biz həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin Azərbaycana dəvətini Türk dünyasında həmrəylik və qardaşlığın təzahürü kimi qəbul edirik”, - deyə vitse-prezident qeyd edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ