Sizin reklam burada
Sizin reklam burada
  • Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

    İran ABŞ ilə gələcək danışıqları məqsədəuyğun hesab etmir.

    Bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına verdiyi müsahibədə bildirib.

    Ondan İran rəhbərliyinin Müctəba Xameneinin İslam Respublikasının Ali Lideri seçilməsindən sonra ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-saxlamadığı barədə soruşulub.

    “Əvvəla, onun hər hansı açıqlama verməsi üçün hələ tezdir. Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik, bunlar daha sonra olacaq. Amma düşünmürəm ki, amerikalılarla əlavə təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək. Çünki amerikalılarla çox acı təcrübələrimiz olub”, – deyə nazir qeyd edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ