Sizin reklam burada
Sizin reklam burada
  • Gürcüstanda birinci sinfə qəbul qaydası dəyişir

    Gürcüstanda 2026–2027-ci tədris ili üçün birinci sinfə qəbul qaydasında istisna tətbiq ediləcək.

    Bunu Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, müstəsna tədbir kimi dekabrın 31-dək altı yaşı tamam olacaq uşaqlara birinci sinfə yazılmaq imkanı veriləcək.

    Nazir qeyd edib ki, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə aparılan məsləhətləşmələrdən sonra qəbul olunub. Beləliklə, 2026–2027-ci tədris ilində altı yaşı ilin sonunadək tamam olan uşaqlar da məktəbə qəbul edilə biləcəklər.

    Qeyd edək ki, mövcud qaydalara əsasən, birinci sinfə qəbul üçün yaş meyarı daha erkən tarixə qədər tamamlanmalı idi. Belə ki, altı yaşı sentyabrın 15-dək tamam olan uşaqlar 1-ci sinfə gedə bilərdilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ