Sizin reklam burada
Sizin reklam burada
  • Pakistan: Sərhəd münaqişəsində Əfqanıstanın 133 hərbçisi həlak olub

    Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın ən azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.

    Bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.

    Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi məntəqəsini məhv edib, daha 9 məntəqəni isə nəzarətə götürüb. Tanklar, artilleriya qurğuları və zirehli transportyor da daxil olmaqla, 80-dən çox hərbi texnikaya ziyan dəyib.

    Nazir əlavə edib ki, Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə zərbələr endirilib və itkilərin sayının artması mümkündür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ