Bunu Polşa Prezidenti ofisinin nümayəndəsi Zbiqnev Boqutski deyib.
“Bu cür açıqlamalar Polşanın nüfuzuna xələl gətirir. O, dövlət adından Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı açıqlama vermək səlahiyyətinə malik deyil”, - deyə Polsat TV onun sözlərindən iqtibas gətirib.
Qeyd edək ki, fevralın 24-də Kiyevdə Ali Rada üzvləri ilə danışan Polşa Seyminin sədri ölkəsinin Ukraynanın Avropa İttifaqına qoşulmaq səylərini qətiyyətlə dəstəklədiyini söyləyib. Fevralın 23-də isə Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul edilməsi təklifinə şübhə ilə yanaşdığını bildirib.
