Sizin reklam burada
Sizin reklam burada
  • Pakistan həbsxanalarından azad edilən 105 əfqan vətəninə qaytarılıb

    Pakistan həbsxanalarında saxlanılan 105 Əfqanıstan vətəndaşı azadlığa buraxılaraq vətəninə qaytarılıb.

    Həmin şəxslər təxminən bir ay Pakistanın müxtəlif həbsxanalarında saxlanılıblar. Azadlığa buraxıldıqdan sonra onlar ölkənin cənubundakı əsas sərhəd məntəqəsi olan Qəndəhar əyalətindəki Spin Boldak keçid məntəqəsindən keçərək Əfqanıstana geri qayıdıblar.

    Bildirilib ki, geri qayıdanlara sərhəddə ilkin humanitar yardım göstərilib, daha sonra isə öz vilayətlərinə yola salınıblar.

    Qeyd edək ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumata əsasən, hazırda 10 mindən çox Əfqanıstan vətəndaşı xarici ölkələrdə, əsasən İran və Pakistanda həbsdə saxlanılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ