Sizin reklam burada
Sizin reklam burada
  • Filippində “Basyanq” fırtınası: reyslər ləğv edildi, minlərlə sərnişin yollarda qaldı

    Filippində tüğyan edən “Basyanq” tropik fırtınası nəticəsində onlarla aviareys ləğv edilib, minlərlə sərnişin hava limanlarında qalıb.

    Filippinin PNA informasiya agentliyinə istinadən xəbər veririk ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, 32 reys təxirə salınıb və bu qərardan 7 mindən çox sərnişin zərər çəkib.

    Qeyd edək ki, fırtınanın gətirdiyi güclü yağışlar Mindanaonun şimalındakı İliqan şəhərində daşqınlara yol açıb. Təhlükəli zonalarda yaşayan ailələr təxliyə olunub. Hazırda səlahiyyətli qurumlar fırtınanın hərəkət istiqamətini izləyir. Aviaşirkətlər isə uçuş cədvəllərində dəyişikliklər edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ