Pakistanın Pəncab əyalətində iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
Sinxua informasiya agentliyinə istinadən xəbər veririk ki, bu barədə yerli polis açıqlama verib. Bildirilib ki, qəza zamanı yaralananlar arasında uşaqlar da var. Yaralılardan üçünün vəziyyəti kritikdir.