Sizin reklam burada
Sizin reklam burada
  • Qırğızıstanda ötən il yol-nəqliyyat hadisələri nəticəsində 900 nəfər həlak olub

    Qırğızıstanda 2025-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 900 nəfər həlak olub, 12 mindən çox insan xəsarət alıb.

    Bu barədə ölkənin Baş Prokurorluğunun hüquqi statistika üzrə müvafiq qurumu məlumat yayıb. Bildirilib ki, Qırğızıstanda 2025-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 19,1 faiz artaraq 8 min 456-ya çatıb. Qəzaların ən çox qeydə alındığı ərazilər Bişkek şəhəri, Oş, Cəlalabad və Çuy vilayətləridir.

    Qeyd olunub ki, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının, eləcə də sərxoş sürücülərin törətdiyi hadisələrin sayında artım müşahidə olunur. Nəzarət orqanları profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ