Bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb. Bildirilib ki, son bir neçə gündə Bağlan əyalətinin Salang aşırımında güclü qar yağıb. Çərşənbə və cümə axşamı günləri əlverişsiz hava şəraiti səbəbindən həmin ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Xilasetmə qrupları qar fırtınasında köməksiz qalan təxminən 60 nəfəri xilas edərək onları yaxınlıqdakı hotellərə yerləşdiriblər.
Qurumun mətbuat xidmətinin məlumatına görə, ölkə ərazisində davam edən qar və şaxtalı hava şəraiti nəticəsində ümumilikdə 11 nəfərin həlak olduğu təsdiqlənib.
