Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verilir ki, qəza yanvarın 16-da saat 01:03 radələrində qeydə alınıb.
Bildirilib ki, “Yutong” markalı sərnişin avtobusu Aktau şəhərindən Beyneu qəsəbəsi istiqamətində hərəkət edərkən sürücü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.
Yol-nəqliyyat hadisəsi zamanı avtobusun salonunda 50 nəfər olub. Qəza nəticəsində hadisə yerində dörd sərnişin həlak olub, daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisələrinə çatdırılıb.
Faktla bağlı Manqıstau vilayətinin Polis Departamenti tərəfindən hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə zəruri istintaq tədbirləri həyata keçirilir.
