Sizin reklam burada
Sizin reklam burada
  • Sabiq XİN başçısı: ukraynalılar ərazi güzəştlərinə hazırdırlar

    Referendum keçiriləcəyi təqdirdə, ukraynalılar Donbasda ərazi güzəştlərinə getməyə hazırdırlar.

    “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verilir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.

    Onun sözlərinə görə, ukraynalılar ərazi güzəştləri qarşılığında güclü ordu, bərpa üçün milyardlar və Avropa Birliyinə üzvlük əldə edəcəklər. Bu, cəmiyyətin qəbul etməyə hazır olduğu bir ssenaridir.

    Kuleba qeyd edib ki, 2024-cü ilin payızında nazir vəzifəsindən getdikdən sonra ölkəni gəzib, insanlarla danışmaq imkanı qazanıb. Onun fikrincə, Avropa İttifaqının Ukraynaya dəstəyi Rusiyanın təzyiqinə tam müqavimət göstərmək üçün kifayət etmir.

    Sabiq XİN başçısı vurğulayıb ki, Ukraynanın öz yolu yoxdur; o ya Avropa İttifaqına qoşulacaq, ya da Rusiyanın bir hissəsi olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ