Makron ABŞ-ın xarici siyasətindəki bu dəyişikliklərin qlobal stabilliyə təhlükə yaratdığını vurğulayıb.
Prezident həmçinin Fransa və Avropanın strateji müstəqilliyini gücləndirməyin vacibliyini qeyd edib, texnologiya, iqtisadiyyat və təhlükəsizlik sahələrində Avropa səviyyəsində yeni yanaşmaların hazırlanmasını istəyib.
Makron bu çıxışını ABŞ-ın Venesueladakı hərbi əməliyyatlar və Qrenlandiya ilə bağlı bəyanatları fonunda edib. O, Vaşinqtonun davranışlarının beynəlxalq qaydaların pozulması kimi dəyərləndirildiyini bildirib.
Prezidentin sözlərinə görə, belə bir qlobal kontekstdə Fransa və Avropa öz maraqlarını və qaydalarını qorumaq üçün daha çox güclənməlidir.
