Bu fikri CNN telekanalına müsahibəsində ABŞ administrasiyası rəhbərinin müavini Stiven Miller səsləndirib. O, Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyini şübhə altına alıb və Kopenhagenə bu hüququn hansı səbəbdən verildiyini soruşub.
“Qrenlandiyanı Danimarka müstəmləkəsi adlandırmaq nəyə əsaslanır? Arktika regionunun təhlükəsizliyini təmin etmək və NATO-nun maraqlarını qorumaq üçün Qrenlandiya açıq-aşkar ABŞ-ın bir hissəsi olmalıdır”, - deyə Miller vurğulayıb.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bir müddət əvvəl ölkəsinin Birləşmiş Ştatlarla dialoqa açıq olduğunu bildirib. O vurğulayıb ki, iki ölkə arasında fəaliyyət qarşılıqlı hörmətə əsaslanmalı və ilhaq təhdidi olmadan aparılmalıdır.
